Maliyyə departamentinin müdiri

  • FF Group
  • Elanın qoyulma tarixi: 26.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə:

  • Əmlakın, öhdəliklərin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasına nəzarət etmək;
  • Maliyyə-uçot siyasətinin əsas istiqaməti olan likvidliyin qorunmasını təmin etmək;
  • Cəmiyyətin büdcəsinin proqnozlarının maliyyə baxımından yerinə yetirilməsini təmin etmək;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilini təmin etmək; maddi, əmək, maliyyə vəsaitlərinin qənaətli istifadəsi və Cəmiyyətin əmlakının qorunması  istiqamətində tədbirlər görmək;
  • Cəmiyyətin maliyyə strategiyasını və onun maliyyə sabitliyinin təməlini hazırlamaq;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində  təsvirini təmin etmək;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq;
  • Malların və xidmətlərin maya dəyəri və gəlirliliyin planlaşdırılmasını təmin etmək;
  • Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasını təmin etmək;
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
  • Cəmiyyətin ödəmə qabiliyyətinin təmin olunması, gəlirliliyin artırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflər vermək;
  • Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək.

Namizədə tələblər:

  • İqtisadi təhsil;
  • Maliyyə sahəsində 5-8 il, maliyyə müdiri kimi (istehsalat sahəsində) ən azı 2 il iş təcrübəsi;
  • 1C, MS Excel üzrə mükəmməl işləmə bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili bilikləri;
  • ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatların olması arzuolunandır.

Digər məlumatlar:

  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov prospekti
  • İş şəraiti: 5 iş günü
  • Əmək haqqı: namizədin gözləntilərinə əsasən
  • Digər: korporativ nömrə, nahar

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Maliyyə müdiri” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.