Elektrik

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq baş energetikə məruzə edir;
  • Elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarını və təmirini təşkil edir;
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında baş energetikə məlumat verir;
  • Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət edir;
  • Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atır;
  • Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin edir;
  • Elektrik cihazlarının təmiri və yoxlanılmasını icra edir;
  • Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil edir, qəzalar və onların səbəblərini haqqında baş energetikə məlumat verir;
  • Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra edir;
  • Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra edir;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir.

Tələblər:

  • Elektrik və ya Elektroenergetika üzrə ali təhsil
  • Müvafiq sahə üzrə 1-3 il təcrübə

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlü
  • Etibarlı
  • Dürüst

Əlavə məlumat:

  • Əmək haqqı 650 AZN (gross); 
  • İş qrafiki:  Növbəli iş rejimi;
  • İş yeri: MKT İK MMC, Bakı Tekstil İdarəsi;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/az/job/elektrik+bti+1?sources=Jobsearch.az