Elektrik mühəndisi

İşin təsviri

Tələblər:

  • Elektrik mühəndisliyi üzrə bakalavr/magistr təhsili;
  • Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması
  • Müvafiq sahə üzrə  3 il iş təcrübəsi 
  • Microsoft office, AutoCad proqramlarında işləmək bacarığı
  • Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;
  • Yaxşı ünsiyyət və təlim bacarıqları;
  • Hesabat hazırlama və analiz etmə bacarığı.

Əsas vəzifə və öhdəliklər:

  • Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak edilməsi;
  • Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi;
  • Layihələrdə təmir-tikinti işlərinə nəzarət olunması, elektrik işlərinin düzgün təşkil edilməsi;
  • Bina və tikililərin daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
  • Tabeliyində olan işçilərin işlərinin təşkil olunması və onlara nəzarət edilməsi;
  • Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərinin işlənilməsi;
  • Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xəttlərinə nəzarət olunması;
  • Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması;
  • Elektrik enerjisinin istehsal ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək monitorinq etmək;
  • Elektrik kabellərin, maşınlarının, elektrik cihazlarının kompleks sınaqdan keçirilməsi;
  • Birxəttli elektrik diaqramlarının tərtib edilməsi və oxumaq qabiliyyəti, digər texniki sənədlərin tərtib edilməsi;
  • Verilmiş tapşırıqlara əsasən elektrik yuvalarının quraşdırılması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi;
  • Elektrik, yanğın təhlükəsizliyi qaydalarını bilmək, riayət etmək və işçi heyətindən tələb etmək; 

İş şəraiti:

  • Həftəiçi 5 gün saat 09:00-18:00
  • Əməkhaqqı razılaşma əsasında

Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Elektrik mühəndisi” yazmaqla, öz CV-ni göndərə bilərlər.

Email:  [email protected]