Tabel üzrə İnzibatçı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tabel üzrə İnzibatçı bir başa İnsan Resursları üzrə Menecerə tabedir;
  • Layihələr üzrə işçilərin şəxsi işlərini yaratmaq və aparmaq;
  • İşçilərin davamiyyətinə nəzarət edilməsi, tabelin hazırlanması və İR Departamentinə göndərilməsini təmin etmək;
  • İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət, vəzifə artımı və İR-a aid digər sənədlərin İR departamentinə göndərilməsini təmin etmək;
  • İşçilərin məlumatları Elektron məlumat bazasına əlavə etmək və Layihələr üzrə İR ilə əlaqəli məlumat bazalarını müntəzəm olaraq yeniləmək;
  • İşçilərin məlumatlarını "HRApp" proqramına mütəmadi olaraq yeniləmək; (gündəlik, aylıq);
  • Cari gün üçün işçilərin sayına uyğun olaraq layihədə işləyən işçilər üçün bir yemək sifarişi vermək;
  • HR ilə bağlı tədbirlərin və görüşlərin təşkilində iştirak etmək;
  • Müdriyyət tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək;

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan Respublikasının qüvvədə olan Əmək qanunvericiliyini bilmək
  • Əla işgüzar ünsiyyətin etikasına malik olmaq
  • Kadr işinin təşkili və hesabatların tərtibini bilmək
  • Kadrlarla bağlı bütün sənədləşməni əmr, arayış, təqdimat, tabel və s. sənədlərinin təşkilini əla səviyyədə bilmək
  • Microsoft Office proqramlarında işləmə bacarığı
  • Azərbaycan Qanunvericiliyinə əsasən məzuniyyət, müavinat, kompensasiyaların verilməsi və ödənilməsi qaydalarını yaxşı bilmək

CV-lərinizi [email protected]  və ya hr@nwconstruction.com elektron ünvalarına “Timekeepr” başlığı ilə göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi