İT üzrə Kiçik Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstifadəçilərin lokal (İNTRANET) və qlobal (İNTERNET) şəbəkələrinə çıxmasına dəstək;
  • Sistemin fasiləsiz fəaliyyətini təmin edir və iş prosesində əmələ gələn səhvlərin aradan
  • qaldırılmasına operativ tədbirlər görür;
  • İşçi yerlərinə kabellərin çəkilməsi və sonlanmasını həyata keçirir;
  • Şirkətin kompüter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılması;
  • Printerlərin və digər periferik qurğularla bağlı nasazlıqlarının aradan qaldırılması
  • Verilənlərin vaxtı vaxtında kopiyasını və ehtiyatda saxlanmasını həyata keçirir;
  • Müntəzəm olaraq sistemdə kompüter viruslarının mövcudluğunu yoxlayır;
  • Şəbəkə və Sistem avadanlığında nasazlıq tapılanda ona texniki xidmətin göstərilməsində iştirak edir;
  • Layihələrə yeni gələn və ya əvvəldən gələcəyi bildirilmiş istifadəçilər üçün kompüter hazırlayıb(format,printerlərin və plotterlərin quraşdırılması,lazımi programların yazılması) təhvil vermək
  • İşdən ayrılan işçinin kompyuterdəki fayllarını file serverə backup etdikdən sonra kompyuteri istifadəçidən təhvil almaq
  • Kompüterlərin proqram və avadanlıqlarının quraşdırılması
  • Yaranmış texniki problemlər həll olunması ilə bağlı ezamiyyətə getməklə problemlərin yerində həll olunmasını icra edir
  • Departamentin rəhbərinin şifahi və ya yazılı verdiyi tapşırıqları vaxtı-vaxtında icra edir
  • Yeni iş yerlərinin hazırlanması, Cəmiyyətin cari və yeni açılan filiallarının İT infrastrukturun qurulması, kompüter və ofis texnikasının sazlanması
  • Helpdesk formunda yaranmış sorğuların icrası və nəticəsi barədə məlumat vermək

Tələblər:

  • İT və ya müvafiq sahə üzrə Ali təhsil
  • Windows əməliyyat sistemləri, kompüter avadanlığı, və proqram təminatları barəsində biliklər
  • İT Texniki dəstək üzrə iş təcrübəsi 
  • Şəbəkənin əsaslarına dair minimal nəzəri və praktik bilikləri olmalı (TCP / IP, DHCP və DNS protokolu)
  • Serverlər haqqında fundamental biliklərə malik olmaq
  • E-poçtun quraşdırılması və konfiqurasiyası
  • Analoq və İP kameraları ilə, DVR və NVR-ların quraşdırılması, sazlanması və idarəetmə bacarığı 
  • Məsafədən idarəetmə proqramları ilə işləmək bacarığı
  • Analitik düşünmək və problemi qısa zamanda həll etmək bacarığı 
  • Kabellərin sonlandırılması RJ45 
  • İngilis dili (texniki), rus dili arzuolunandır
  • Komanda ilə işləmə bacarığı

CV-lərinizi [email protected]  və ya [email protected] elektron ünvalarına “İT üzrə kiçik mütəxəssis” başlığı ilə göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi