Elektrik Mühəndisi

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Avtomatik tənzimləmə sxemləri və onların tənzimlənməsinin həyata keçirilməsi;
  • Elektron sistemlər, alovlandırıcı qaynaq maşınlarına xidmət göstərilməsi;
  • Elektrik kabellərin, maşınlarının, elektrik cihazlarının kompleks sınaqdan keçirilməsi;
  • Birxəttli elektrik diaqramlarının tərtib edilməsi və oxumaq qabiliyyəti, digər texniki sənədlərin tərtib edilməsi;
  • Dəzgah, elektrik motoru, sahə elektrik panellərinin qaydalara uyğun olaraq montaj və təmir işlərinin həyata keçirilməsi;
  • Generator, transformator, 0.4kV paylayıcı panellərin və müxtəlif elektrikli əl alətləri və qaynaq aparatlarının istismar zamanı xidmət və təmir işlərinin həyata keçirilməsi;
  • Verilmiş tapşırıqlara əsasən elektrik yuvalarının quraşdırılması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi;
  • Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak edilməsi;
  • Tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularının quraşdırılması;
  • Elektrik avadanlığının təmiri və istismarı üzrə müxtəlif elektrik maşınlarının, elektrik cihazlarının, istənilən elektrik gərginlikli və avtomatlaşdırılmış xətlərin elektrik cihazlarının, elektrik sxemlərinin, düzgünlüyünün yoxlanması;
  • Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması;
  • Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının qurulması işinin yerinə yetirilməsi;
  • Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsi və sonluqların lehimlənməsi.

Tələb olunanlar:

  • Elektrik sxemlərini oxumaq, tərtib etmək bacarığı
  • Elektrik avadanlıq və qurğularınım istismarına və iş prinsillərinə dair biliklərə sahib olmaq
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalırını bilməli
  • Müvafiq sahə üzrə sertfikatların olması
  • Layihəni oxumaq bacarığı
  • Aşağı və yüksək gərginliklə işləmək üçün sertfikat
  • Komandada işləmək bacarığı
  • Diqqətli, məsuliyyətli olmalı və təzyiq altında işləmək bacarığına sahib olmalıdır
  • Müvafiq sahədə minimum 3 il təcrübə

İş şəraiti:

  • 5 günlük iş qrafiki – həftə içi 09:00 – 18:00

Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hisssəsində “Elektrik Mühəndisi ” yazıb göndərə bilərlər.

Email: [email protected]  

AZ Global Engineering tərəfindən digər vakansiyalar