Keyfiyyətə nəzarət mühəndisi

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Strukturda çalışanlara sənədlərin (prosedur, təlimat, forma və s.) istifadəsi, məlumat, sənəd və istehsal qeydləri və İdarəetmə sistemlərinin təcrübə və işinə uyğun digər məlumatlar verilməsi, zəruri maarifləndirmə və əlaqənin təmin edilməsi;
  • Fəaliyyət göstərdikləri strukturlarda, İdarəetmə sistemlərinin siyasət və məqsədlərinin başa düşülməsinin və bunlara uyğun hərəkət edilməsinin təmin edilməsi;
  • İdarə sistemləri çərçivəsində gördüyü işlərdə, işlədiyi strukturu təmsil edərək, bu işlərə lazımi əlavələr etmək, bu barədə Rəhbərliyin təmsilçiləri ilə əməkdaşlıq etmək;
  • Qruplar, bölmələr və layihələr (tikinti) əsasında İdarə sistemlərinin sənəd və qeydlərinin paylanması, onlara nəzarət edilməsi, sənədlərin siyahılarının tərtib edilməsi;
  • Yoxlamalarda və ya yoxlamalardan kənar müəyyən edilən və ya qarşıya çıxa biləcək uyğunsuzluqlar barədə Rəhbərliyi təmsil edən şəxsə məruzə edilməsi, islahedici və önləyici fəaliyyətlərin planlaşdırılması, onlara nəzarət edilməsi, yekunlaşdırılması, bu fəaliyyətlər barədə Rəhbərliyi təmsil edən şəxsə hesabat verilməsi;
  • İdarə sistemləri çərçivəsində yer alan təklif sisteminə uyğun olaraq, rəy və təkliflərin təqdim edilməsinə dəstək olmaq;
  • Qrup/bölmə və ya layihələrin öz strukturları daxilində icra edəcəkləri, İdarə sisteminə aid təcrübələr və fəaliyyətin müzakirə olunduğu yığıncaqların təşkil edilməsi;
  • Strukturda işləyənlərin İdarə sistemləri ilə bağlı təlimlər də daxil olmaqla, qaynaq və s. ehtiyaclarının Rəhbərliyi təmsil edən şəxsə bildirilməsi;
  • Strukturda İdarə sistemlərinin təcrübələri mövzusunda zəruri maarifləndirmə işlərin aparılması.
  • İşin əhatə dairəsi üzrə təftiş test planının hazırlanması;
  • Təmir-tikinti prosesinin və məhsullarının təyin olunan standartlara uyğun olmasına nəzarət;
  • Lyihənin təmir-tikinti prosedurunun bütün növ sənədlərinin qeydiyyatı və buna aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaradılması.

Tələb olunanlar:

  • Keyfiyyətə nəzarət qaydalar və prosesi barədə biliklər
  • İSO 9001:2015 standartlarının əsalarını bilməlidir
  • Keyfiyyət, idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması, məlumatların toplanması, təhlili bacarığı
  • Güclü və analitik düşünmə bacarığı
  • MS office bilikləri
  • Komandada işləmək bacarığı

İş şəraiti:

  • 5 günlük iş qrafiki – həftə içi 09:00 – 18:00

Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hisssəsində Keyfiyyətə nəzarət mühəndisi yazıb göndərə bilərlər.

Email: [email protected]

AZ Global Engineering tərəfindən digər vakansiyalar