İşin təsviri
Əsas Öhdəli̇klər:
- Bütün növ hesabatların hazırlanması və hesabat dövrünün əvvəlində müvafiq orqanlara təqdim edilməsi (ƏDV, ƏDV əvəzləşmə, mənfəət, sadələşdirilmiş,vahid muzdlu, statistik və digər bütün lazımı hesabatlar);
- Uyğunsuzluq, kameral məktubların cavablandırılması və kameral məktublara uyğun çatışmazlıqların, uyğunsuzluqların aradan qaldırılması;
- Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərinin tərtib edilməsi;
- Bank əməliyyatlarının icra edilməsi, həmçinin onların uçotunun aparılması;
- Əmək haqqının hesablanması və ödənilməsi;
- Debitor və kreditor hesablarının aparılması və onlara nəzarət edilməsi;
- Hesabat sonrası yaranan borcların müvafiq kodlar üzrə ödənilməsi;
- Şəxsi hesab vərəqəsini nəzarətdə saxlanılması;
- Müəssisənin fəaliyyətdə olduğu bütün dövrlər üzrə verilməmiş hesabatları araşdırmalı və verilməyibsə verməli;
- Vergi orqanları ilə yazışmaların həyata keçirilməsi;
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Mövcud sahədə ən az 1 il təcrübəsi olmalı;
- B1-B3, BTP, Microsoft Office proqramlarını bilməli;
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
- Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
İş Şərai̇ti̇:
- Peşəkarlıq və karyera yüksəlişi üçün geniş imkanlar;
- Əmək haqqı müsahibə əsasında;
- İş qrafiki 5/2 09:00-dan 18:00-dək;
- Mobil danışıqlar üçün ödəniş.
Namizədlərdən CV-lərini mövzu bölməsində vəzifənin adı qeyd olunmaqla elektron ünvana göndərmələri xahiş olunur.
Email: [email protected]