Mühasib

  • Legaz MMC
  • Elanın qoyulma tarixi: 17.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Bütün növ hesabatların hazırlanması və hesabat dövrünün əvvəlində müvafiq orqanlara təqdimedilməsi (ƏDV, ƏDV əvəzləşmə, mənfəət, sadələşdirilmiş,vahid muzdlu, statistik və digər bütün lazımı hesabatlar);
  • Uyğunsuzluq, kameral məktubların cavablandırılması və kameral məktublara uyğunçatışmazlıqların, uyğunsuzluqların aradan qaldırılması;
  • Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərinin tərtib edilməsi;
  • Bank əməliyyatlarının icra edilməsi, həmçinin onların uçotunun aparılması;
  • Əmək haqqının hesablanması və ödənilməsi;
  • Debitor və kreditor hesablarının aparılması və onlara nəzarət edilməsi;
  • Hesabat sonrası yaranan borcları müvafiq kodlar üzrə ödəmək;
  • Şəxsi hesab vərəqəsini nəzarətdə saxlamaq;
  • Müəssisənin fəaliyyətdə olduğu bütün dövrlər üzrə verilməmiş hesabatları araşdırmalı və verilməyibsə verməli;
  • Vergi orqanları ilə yazışmalar.

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
  • Mövcud sahədə ən az 1 il təcrübəsi;
  • B1-B3, BTP, Microsoft Office proqramlarını bilmək;
  • e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
  • Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;

İş şəraiti:

  • Peşəkarlıq və karyera yüsəlişi üçün geniş imkanlar;
  • Əmək haqqı 400+%;
  • İş qrafiki 5/2 09:00-dan 18:00-dək;
  • Mobil danışıqlar üçün ödəniş.

Namizədlərdən CV-lərini mövzu bölməsində vəzifənin adı qeyd olunmaqla elektron ünvana göndərmələri xahiş olunur.

Email: [email protected]

Legaz MMC tərəfindən digər vakansiyalar