Satış üzrə mütəxəssis

  • Legaz MMC
  • Elanın qoyulma tarixi: 20.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Öhdəli̇klər: 

  • Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etməli; 
  • Yeni müştərilər tapmalı, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat verilməli; 
  • Bazar araşdırması aparmalı, müştəri tələbatlarını öyrənməli; 
  • Satış sonrası xidmətlə əlaqədar ortaya çıxan problemləri həll etməli; 
  • Müştəri etirazları və bəhanələri ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etməli; 
  • Qiymət təklifinin hazırlanması və müştəriyə təqdim edilməsi;
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi; 
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi; 
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasının formalaşdırılması; 
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarının yerinə yetirilməsi;
  • Gündəlik və aylıq hesabatın aparılması;

Tələblər: 

  • Yenilikçi, dinamik və daxili motivasiyası yüksək olmalı; 
  • Potensial bazarları analiz edə bilməli; 
  • Korporativ görünüşlü, ünsiyyətcil, işgüzar və səlist danışıq qabiliyyəti olmalı; 
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskar olmalı;                                                               
  • Ünsiyyət qurmaq bacarığı olmalı; 
  • Nitq mədəniyyəti olmalı; 
  • Yüksək təqdimat bacarığı olmalı; 
  • Müştəri yönümlü satış etmə bacarığı olmalı; 

İş Şərai̇ti̇: 

  • Peşəkarlıq və karyera yüksəlişi üçün geniş imkanlar; 
  • Əmək haqqı müsahibə əsasında;
  •  İş qrafiki 5/2  09:00-dan 18:00-dək; 
  • Mobil danışıqlar üçün ödəniş. 

Namizədlərdən CV-lərini mövzu bölməsində vəzifənin adı qeyd olunmaqla  [email protected]  elektron ünvana göndərmələri xahiş olunur.

Legaz MMC tərəfindən digər vakansiyalar