Legaz MMC


LEGAZ-LEGAL AZERBAİJAN hüquq şirkəti öz sahəsində püxtələşmiş vəkil və hüquqşünaslarla ən effektiv hüquqi dəstəyi verməkdə olub, müvəkkil prioritetli və nəticə-yönümlü çalışmaqdadır.

Hər cür hüquqi və kommersiya mövzuları ilə bağlı fiziki və hüquqi şəxslərə, yerli və xarici müştərilərə sürətli nəticə alma, dürüstlük, güvən, məxfilik qanunlarını mənimsəyərək ən üst səviyyədə müştəri məmnuniyyətini təmin edərək, böyük diqqətlə və geniş heyəti ilə məsləhət, iş təqibi, icra təqibi və iflas təqibi xidmətləri təklif etməkdədir.

"LEGAZ" hüquq şirkətinin nəzdində fəaliyyət göstərən vəkillər ilə problemlərinizi professional bir şəkildə həllə qovuşdurmaq, müştərilərimizə ətraflı məlumat vermək, müvəkkil şirkət və təşkilatlara işlərində həftəlik / aylıq fəaliyyət hesabatları göndərmək məsuliyyətimiz və məqsədimizdir.

Şirkətimiz, sürətli və təsirli həll ala bilmək, geniş əhatəli vəkillik və məsləhətçilik xidməti təmin etmək üçün keyfiyyətli və etibarlı bir xidmət anlayışı ilə müştərilərinin qarşılaşdıqları problemlərə ən qısa zamanda həll tapmaqdadır.

"LEGAZ" hüquq şirkəti, yerli və beynəlxalq məhkəmələrdə, rəsmi qurum və təşkilatlarda peşə prinsiplərinə riayət edərək öz müştərilərini hüququn bütün sahələrində təmsil edir. Müştərilərin ehtiyaclarına uyğun müştərilər üçün praktiki və yaradıcı bir yanaşma təmin edərək hüquqi informasiya ehtiyaclarına cavab verir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?