Mühasib

  • ArchiCO
  • Elanın qoyulma tarixi: 20.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatları:

  • Nəqliyyat və logistika departamentinə aid pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması;
  • Təhtəlhesab, balans, avans hesabatının aparılması; 
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;

Vəzifə ilə bağlı tələblər:

  • Ali təhsil (mühasibat uçotu, maliyyə);
  • Vergi Məcəlləsini bilməli;
  • Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;
  • Microsoft Office proqramları və 1C mühasibatlıq proqramında işləmə bacarığı; 
  • Komandada işləmək bacarığı.

Əməkhaqqı: 1000-1200 AZN

Email: [email protected]

CV-lərinizi "mühasib" başlığı ilə göndərməyiniz xahiş olunur. 

İşəgötürənin reytinqi