Baş Maliyyə Brokeri

İşin təsviri

İşin təsviri:

  • Məhsullarımız haqqında hərtərəfli anlayışa sahib olmaq.
  • İstehlakçı ehtiyaclarını araşdırmaq və onlara cavab verən çözümlərimizin effektivliyini və mümkünlüyünü qiymətləndirmək.
  • Satış strategiyasını yaratmaq, inkişafına rəhbərlik etmək və onun məqsədəuyğunluğunu təmin etmək.
  • Effektiv planlaşdırma, satış məqsədləri təyin etmək, performans məlumatlarını təhlil etmək və gələcək performansı proqnozlaşdırmaqla şirkətin məqsədlərinə çatmağına nail olmaq.
  • Müştərilərlə yüksək səviyyəli peşəkar əlaqələr yaratmaq və saxlamaq.
  • Yeni müştəriləri qazanmaq prosesini idarə etmək.
  • Strategiyaları təhlil edərək və lazım olduqda təkmilləşdirərək şirkətin satış gəlirlərini artırmaq üçün yaradıcı ideyalarla çıxış etmək.
  • Həyata keçirilən satış strategiyalarının performansını dəyərləndirmək.
  • Rəqiblərin təhlilini idarə etmək və şirkətin üstünlük əldə edə biləcəyi əsas sahələri təyin etmək.
  • Yaranan fürsətlərdən istifadə etmək üçün sənaye daxilində yeni müvafiq inkişaflardan xəbərdar olmaq.
  • Maraqlar toqquşmasının qarşısını almaq və şirkətin böyüməsi və inkişafı istiqamətində göstərilən səyləri birləşdirmək üçün şirkət daxilindəki digər şöbələrlə birgə çalışmaq.
  • Bütün strategiyaların maliyyə cəhətdən mümkün olmasını təmin etmək üçün maliyyə şöbəsi ilə sıx əməkdaşlıq etmək.
  • Performans, maliyyə strategiyasının həyata keçirilməsi və hədəf satışlara nail olunması ilə bağlı mütəmadi olaraq baş icraçı direktora hesabat vermək.
  • Şirkətin daxili sistemində onlayn çata cavab şablonları yaratmaq və sonra onların veb-səhifədəki axışına nəzarət etmək.

Bacarıq/bilik tələbləri:

  • İngilis dili bilikləri (Ən azı B1 səviyyəsi).
  • Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür).
  • Maliyyə məhsulları satışı sahəsində tutarlı və sübut olunan iş təcrübəsi.
  • Əla ünsiyyət və təşkilatçılıq bacarıqları.
  • Əla analitik bacarıqlar.
  • Ən son yüksək texnologiyadan xəbərdar olmaq.
  • Güclü liderlik və motivasiya bacarıqları.

QEYD: Yalnız maliyyə məhsullarının satışında təcrübəsi olan kandidatlar nəzərə alınacaq.

CV-nizin mövzu yerinə “Baş Maliyyə Brokeri” qeyd edərək [email protected]  göndərməyiniz xahiş olunur.

Money4you.financial MMC tərəfindən digər vakansiyalar