Biznes analitik (Maliyyə istiqaməti üzrə)

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şəraiti;
  • Rəqabətədavamlı əmək haqqı

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (Maliyyə, İqtisadiyyat və ya Biznesin idarəolunması sahəsində);
  • Maliyyə analitikinin işinin reqlamentinə aid olan normativ-sərəncamverici sənədləri bilməli;
  • Maliyyə hesabatlarının beynəlxalq standardlarının tətbiqi üzrə yüksək biliklərə sahib olmalı;
  • Malların, işlərin, xidmətlərin və torpaq, tikili və avadanlıqların və qeyri-maddi aktivlərin alışı ilə bağlı baş verən əməliyyatların uçotunu aparmaq və inventarizasiya dair biliklərə sahib olmalı;
  • Dövlət orqanlarına təqdim etdiyi hesabatlara (vergi, dsmf, statistika) dair yüksək biliklərə sahib olmalı;
  • Tibbi sığorta, əmək məcəlləsi, mühasibat uçotu, qiymətli kağızlar bazarı barədə qanunvericilik üzrə məlumatlı olmalı;
  • Proqramlaşdırma məntiqinin olması və proqramlaşdırma texnologiyasını bilməsi üstünlükdür.
  • ERP proqramların əsas modullarının funksiya və imkanları üzrə bilik və təcrübənin olması üstünlükdür.
  • Problem həll etmə bacarığının olması;
  • Mikrosoft proqramlarında Excel bacarığının yüksək səviyyədə olması,

Görəcəyiniz işlər:

  • Müəssisənin maliyyə fəaliyyəti barədə məlumatları təhlil etmək, malların və xidmətlərin qiymətləri barədə məlumatları öyrənmək;
  • İnvestisiya qoyuluşlarının vaxtı, alış və satış əməliyyatları barədə tövsiyyələr vermək;
  • Müəssisənin siyasətinə uyğun olaraq investisiya alışını həyata keçirmək;
  • Gələcək gəlirlər və xərclərin hesablanması üçün müəssisənin fəaliyyəti barədə sistematik təhlil aparmaq, bazarda müvafiq malların və xidmətlərin vəziyyətini təhlil etmək;
  • Maliyyə hesabatlarının tərtib edilməsi və maliyyə göstəricilərinin hesablanması üçün zəruri olan informasiyanı toplamaq və təhlil etmək;
  • Maliyyə hesabatlarını hazırlamaq, şirkətin maliyyə fəaliyyətinə dair riyazi və statistik diaqram və qrafiklərin şəkillərini tərtib etmək;
  • Müvafiq mal, iş və xidmətlər bazarının maliyyə tədqiqini aparmaq;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsinin təmin etmək;
  • Dövlət büdcəsinə hesabatların göndərilməsini həyata keçirmək (Vergi, DSMF, Statistika);
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların, ödəniş öhdəliklərinin əmək haqqının hesablanmasına, kadr sənədlərinin, daxili və xarici müqavilələrin hazırlanmasına nəzarəti icra etmək,
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanmasını həyata keçirmək.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 07.05.2022-ci il;
  • CV-lər aşağıda qeyd olunan e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]