Mühasib köməkçisi

  • Betta
  • Elanın qoyulma tarixi: 06.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Gündəlik və aylıq hesabatların yoxlanılması
  • Mal-materialların uçotunun aparılması
  • Mühasibat uçotu üzrə ilkin sənədlərin gedişatının aparılması
  • DSMF, statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi
  • Bütün VHF-ın, hesab-fakturaların, xərc sənədlərinin, müqavilə sənədlərinin və onlardan irəli gələn aktların , qaimə-fakturaların  qəbul edilməsi, qeydiyyata alınması, yoxlanılması və müvafiq ödənişinin icra edilməsi üçün hazırlanması və təqdim edilməsi
  • İlkin və yoxlanmış sənədlər əsasında  ödəniş tapşırıqlarını və digər mühasibat reyestr sənədlərini hazırlamaq, yoxlamaq, düzəlişlər etmək və imzaya ötürülməsini təşkil etmək
  • Mühasibatlığın ilkin sənədlərini yoxlanılmasına müvafiq qovluqlara yerləşdirilməsinə köməkliyin göstərilməsi
  • Mühasibatlıqda kargüzarlıq və sənədlərin arxivləşdirilməsi işinin aparılması və nəzarət olması

Namizədə tələblər:

  • Ali təhsilli
  • Qadın işçi
  • Mühasibatlıq sahəsində ən az 1-3 il iş təcrübəsi
  • Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli
  • Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı
  • Analitik düşüncəyə malik olmal

İş şəraiti:

  • İş rejimi - 5 günlük (09:00-18:00)
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq
  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.

Maraqlanan şəxslər öz CV formalarını "Mühasib köməkçisi" başlığı ilə [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.

Betta tərəfindən digər vakansiyalar