Korporativ Satış Mütəxəssisi

  • Nazim1001
  • Elanın qoyulma tarixi: 05.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali və ya Tam Ali;
  • Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi arzu olunandır;
  • Satış təcrübəsi 3 il və daha artıq,
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Satış qabiliyyəti olmalı;
  • Məhsulları təqdim etmək bacarığına malik olmalı.
  • Şəxsi avtomobilinin olması mütləqdir.

Qeyd: Yağ, akkumulyator və təkər satışı üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Əsas vəzifələr:

  • Bakıda və Azərbaycanın regionlarında şirkətin təqdim etdiyi məhsullarının topdan satışı üzrə şirkətlərlə danışıqların aparılması, müqavilələrin bağlanması
  • Bağlanmış müqavilələrin tələblərinin vaxtında və tam şəkildə yerinə yetirilməsinə nəzarət, müqavilənin icrasının bütün mərhələlərində Sifarişçi ilə qarşılıqlı əlaqə (bütün yarana biləcək problemlərin həlli)
  • İstehlak bazarının öyrənilməsində, istehlakçılarla kommersiya əlaqələrinin formalaşmasında və genişləndirilməsində, istehlakçıların tələb və tələblərinin ödənilmə dərəcəsinin, məhsulların istehsalı və satışı üzrə uzunmüddətli və illik planların layihələrinin hazırlanmasında, satış proqnozlarının hazırlanmasında iştirak
  • Bazada olan müştərilərlə münasibətlərin yüksək səviyyədə saxlanılmasını təmin etmək, verilən sorğulara vaxtında cavab vermək.
  • Aktiv şəkildə yeni müştərilərin axtarışını və əlaqələrin qurulmasını təmin etmək
  • Müştərilərlə brendlər haqqında dolğun və ətraflı məlumatların təqdim edilməsini təmin etmək
  • Müştərilərlə sistematik şəkildə əlaqə saxlamaq, və verilən qrafik əsasında ziyarətləri təmin etmək,
  • Şirkətin məhsullarının tanıdılmasını təmin etmək və yeni təkliflərlə şirkətin məhsullarının satışını təşkil etmək
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək 

Qeyd : Tenderlər və kotirovka sorğularının hazırlanması üzrə təcrübəsi olan vakantlara üstünlük veriləcəkdir. 

İş:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü 09:00 – 18:00 , 1 gün istirahət;
  • Karyera yüksəlişi imkanı;
  • Ödənişsiz təlimlər;
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Korporativ Satış Mütəxəssisi” qeyd edərək CV ilə müraciət edə bilərlər.

https://hr.mktcotton.com/az/job/avtomobil+ustasi+1?sources=Jobsearh.az