İnteryer Dizayner

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 05.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə barədə məlumat:

  • Müxtəlif dizayn işlərinin hazırlanması;
  • Kreativ düşüncəli, zövqlü olmalı;
  • Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
  • Şirkətin dizayn tələblərinə uyğun olaraq mağaza dizaynının ideyasının konsepsiyadan təfərrüatlı dizayn mərhələsinə çatdırılmasını təmin etmək;
  • Mağaza təmiri və alternativ vitrin formatları ilə bağlı müxtəlif dizayn formaları hazırlamaq və tətbiq etmək
  • Aparılan işlər üzrə hesabatlar hazırlamaq;
  • Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların işlənib təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil  (Memarlıq sahəsi üzrə ali təhsilinin olması arzu olunandır)
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi arzu olmalı;
  • Proqram bilikləri: - Autocad , Photoshop, 3D max mükəmməl bilməli. 
  • SketchUp Pro və Archicad- proqramlarını bilməsi üstünlükdür
  • Dil bilgiləri: Azərbaycan, Rus dillərində yüksək yazılı və şifahi nitq; 
  • Zəruri hallarda ölçü götürmək üçün məkana  getməli;
  • Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq; 
  • Stresə davamlılıq, nəticə yönümlülük;
  • Komandayla çalışmağı bacarmalı, sürətli ve praktik olmalı.

Şərtlər:

  • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • Lyuks brendlərlə çalışmaq imkanı;
  • Həftə ərzində 6 iş günü; Bazar günü – istirahət
  • İş saatı: 10:00-19:00.
  • Əmək haqqı: 1400-1500 AZN

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İnteryer Dizayner” sözlərini qeyd edərək  [email protected]  e-ünvanına göndərsinlər. 

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar