Korporativ Katib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin idarə heyyətinin və daxili komitələrinin iclaslarını planlamaq və tədbir təqvimlərini yaratmaq;
  • İclaslarda katiblik funksiyasını icra etmək, həmin iclasların protokollarını hazırlamaq, ehtiyac olduqca tərcüməsini etmək;
  • İşgüzar yazışmaları aparmaq, məktubları cavablamaq, aidiyyatı şöbələrə ünvanlamaq;
  • Korporativ sənədlərin hazırlanması;
  • Daxil olan sənədlərin müvafiq şöbələr üzrə bölüşdürülməsi.

Tələblər:

  • Hüquq, Beynəlxalq münasibətlər, Beynəlxalq hüquq və oxşar sahələr üzrə Ali təhsil;
  • Azərbaycan və ingilis dillərini yazılı və şifahi əla səviyyədə bilmək;
  • Sənədlərin İngilis, Azərbaycan dillərinə səlis və işgüzar tərcümə edə bilmək;
  • Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
  • Məxfi məlumatlarla və stress altında işləmək;
  • Daxili və xarici yazışmaları idarə etmək;
  • Əla səviyyədə yazılı və şifahi ünsiyyət qurmaq.

Səriştələr:

  • Məsuliyyətli
  • Dəqiq
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz: