Hüquqşünas / Hüquqşünas köməkçisi

İşin təsviri

Həftədə 5 gün

Əmək haqqı 1000 AZN (net).

Tələblər:

  • Ali təhsil (Hüquq sahəsində)
  • İxtisas üzrə minimum 2-3 il və daha çox iş təcrübəsi (Cinayət işləri sahəsində təcrübə üstünlükdür)
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı
  • Komandada və sərbəst işləmək bacarığı
  • Məsuliyyətli və işində dəqiq olmalı

Əmək funksiyaları:

  • Məhkəmə prsoseslərində cəmiyyəti təmsil etmək;  
  • İddia ərizələrinin və digər hüquqi sənədlərin hazırlanması;
  • Müqavilələrin hazırlanması, hüquqi ekspertizasının keçirilməsi;
  • Məhkəmə qərarlarının icrasının təmin edilməsi;
  • Rəhbərliyin verdiyi tapşırıqlara düzgün və vaxtında əməl etmək;
  • Qanunvericiliyin tələblərinə əsasən şirkətin hüquqi işlərini aparmaq;
  • Şirkətin maraqlarını məhkəmə,prokurorluq,hüquq mühafizə və digər orqanların qarşısında təmsil etmək;
  • Şirkətin fəaliyyəti ilə bağlı hüquqi məsələlərə yazılı və şifahi münasibətlər bildirmək,məsləhət və tövsiyələr vermək,şirkətin işçilərinə cari qanunvericilik haqqında məsləhətlər vermək;
  • Sənədlərin istinaq üçün hazırlanması, göndərilməsi, ibtidai araşdırmada təmsilçilik
  • Rəhbərliyin verdiyi tapşırıqların vaxtlı-vaxtında yerinə yetirilməsi;

Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV-lərini email adresinə mövzu hissəsində “Hüquqşünas / Hüquqşünas köməkçisi” qeyd etməklə göndərmələri tələb olunur.

Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

Aqrar İnnovasiya və Təchizat Şirkəti tərəfindən digər vakansiyalar