Memar

İşin təsviri


ATKİNS şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi.
Vəzifənin adı: Memar
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: 10:00-19:00, həftədə 5 gün
Əmək haqqı: Qarşılıqlı razılaşmaya əsasən
Yaşı və cinsi: 25-45

Əsas vəzifə öhdəlikləri:

• Layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək;
• Tikinti və inşaat proseslərinə nəzarət etmək və dəyişikliklərə dair razılığın əldə olunması üçün danışıqlar aparmaq;
• İş prosesinə nəzarət etmək, xərclərin hesablanmaq, razılaşdırılmış plan əsasında nəticələri dəyərləndirmək və təhlükəsizlik və keyfiyyət idarəetmə sistemlərini tətbiq etmək;
• Müəyyən olunmuş və razılaşdırılmış keyfiyyətə təminat standartlarına uyğun olaraq nəzarət və qiymətləndirmə sistemlərini təsis etmək;
• Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək.
Tələb olunan peşə-ixtisas səviyyəsi:
• Müvafiq sahədə ali təhsil (Memar diplomu);
• Müvafiq sahədə iş təcrübəsi 3 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
• Azərbaycan, ingilis və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
• AutoCAD, ArchiCAD, Sketchup, 3dMax, MS Office kompüter proqramlarını bilmək;
• Yüksək bədii səviyyədə üç ölçülü təsvirləri (3D vizualizasiya) hazırlama bacarığı;
• İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
• Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı;
• Əllə eskizləri çəkmək bacarığı;
• Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə)  [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.


 

ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən digər vakansiyalar