Baş Geoloq

  • Company
  • Elanın qoyulma tarixi: 23.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələr:

  • Geoloji-kəşfiyyat işlərinin nəticələrinin araşdırılması və potensial sahələrin müəyyənləşdirilməsi;
  • Kameral şəraitdə layihələrin hazırlanması;
  • Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərinin yerinə yetirilməsi;
  • Buruq-qazma quyularına və qazma operatorlarına nəzarət, kern məhsullarının sənədləşdirilməsi;
  • Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə işlənilməsi, müxtəlif təyinatlı cizgi, sxem, xəritə və planların eləcə də kəsilişlərin tərtibi;
  • Müasir proqram təminatlarından istifadə edərək müxtəlif elementlər üzrə anomaliyaların hazırlanması;
  • Əldə edilmiş nəticələr əsasında proqnoz ehtiyatların hesablanması;
  • Müvafiq idarəetmə təcrübəsi;

Tələblər:

  • Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər;
  • Yataqların sənaye-genetik tipləri haqqında ətraflı biliklər;
  • Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında ətraflı biliklər;
  • Yerüstü xəritəalma vərdişlərinə sahib olmaq (GPS-dən sərbəst istifadə etmək);
  • Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində biliklər arzuolunandır;
  • Çöl şəraitində yerinə yetirdiyi işlər haqqında müfəssəl hesabat tərtib etmək vərdişi;
  • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik,
  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi elektron ünvanına 30/04/2022 tarixinə qədər göndərin. Xahiş olunur CV-nizi göndərdikdə mövzu (subject) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Email: [email protected]