İşin təsviri
                
                
                                
                İşin təsviri:
	- Məhsullarımız haqqında hərtərəfli anlayışa sahib olmaq.
 
	- İstehlakçı ehtiyaclarını araşdırmaq və onlara cavab verən çözümlərimizin effektivliyini və mümkünlüyünü qiymətləndirmək.
 
	- Satış strategiyasını yaratmaq, inkişafına rəhbərlik etmək və onun məqsədəuyğunluğunu təmin etmək.
 
	- Effektiv planlaşdırma, satış məqsədləri təyin etmək, performans məlumatlarını təhlil etmək və gələcək performansı proqnozlaşdırmaqla şirkətin məqsədlərinə çatmağına nail olmaq.
 
	- Müştərilərlə yüksək səviyyəli peşəkar əlaqələr yaratmaq və saxlamaq.
 
	- Yeni müştəriləri qazanmaq prosesini idarə etmək.
 
	- Strategiyaları təhlil edərək və lazım olduqda təkmilləşdirərək şirkətin satış gəlirlərini artırmaq üçün yaradıcı ideyalarla çıxış etmək.
 
	- Həyata keçirilən satış strategiyalarının performansını dəyərləndirmək.
 
	- Rəqiblərin təhlilini idarə etmək və şirkətin üstünlük əldə edə biləcəyi əsas sahələri təyin etmək.
 
	- Yaranan fürsətlərdən istifadə etmək üçün sənaye daxilində yeni müvafiq inkişaflardan xəbərdar olmaq.
 
	- Maraqlar toqquşmasının qarşısını almaq və şirkətin böyüməsi və inkişafı istiqamətində göstərilən səyləri birləşdirmək üçün şirkət daxilindəki digər şöbələrlə birgə çalışmaq.
 
	- Bütün strategiyaların maliyyə cəhətdən mümkün olmasını təmin etmək üçün maliyyə şöbəsi ilə sıx əməkdaşlıq etmək.
 
	- Performans, maliyyə strategiyasının həyata keçirilməsi və hədəf satışlara nail olunması ilə bağlı mütəmadi olaraq baş icraçı direktora hesabat vermək.
 
	- Şirkətin daxili sistemində onlayn çata cavab şablonları yaratmaq və sonra onların veb-səhifədəki axışına nəzarət etmək.
 
Bacarıq/bilik tələbləri:
	- İngilis dili bilikləri (Ən azı B1 səviyyəsi).
 
	- Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür).
 
	- Maliyyə məhsulları satışı sahəsində tutarlı və sübut olunan iş təcrübəsi.
 
	- Əla ünsiyyət və təşkilatçılıq bacarıqları.
 
	- Əla analitik bacarıqlar.
 
	- Ən son yüksək texnologiyadan xəbərdar olmaq.
 
	- Güclü liderlik və motivasiya bacarıqları.
 
QEYD: Yalnız maliyyə məhsullarının satışında təcrübəsi olan kandidatlar nəzərə alınacaq.
CV-nizin mövzu yerinə “Baş Maliyyə Brokeri” qeyd edərək göndərməyiniz xahiş olunur.
Email: [email protected]