İnteryer Dizayner

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 16.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Xüsusi tələblər:

  • Dizayn və memarlıq şirkətlərində və ya daxili dizayner kimi pərakəndə satış sahəsində 3 ildən 5 ilə qədər iş təcrübəsi;
  • İxtisaslaşmış müəssisələrdə müvafiq memarlıq və interyer dizayn təhsili ilə bağlı sertifikatlar;
  • 3D vizuallaşdırma bacarıqları, rəng və dizayn prinsiplərini işlərində tətbiq etmək;
  • Rus və ingilis dillərində yazılı və şifahi şəkildə ünsiyyət qurmaq;
  • Qısa müddət ərzində çoxsaylı dizayn layihələrini icra etmək;
  • AutoCAD, SketchUp, Revit və ya digər 3D proqram təminatı üzrə biliklər;
  • Gərgin iş qrafikində işləmək və stresə davamlılıq;
  • Problemləri effektiv şəkildə həll etmək.

Vəzifə öhdəlikləri:

  • Şirkətin dizayn tələblərinə uyğun olaraq mağaza dizaynının ideyasının konsepsiyadan təfərrüatlı dizayn mərhələsinə çatdırılmasını təmin etmək;
  • Mağaza təmiri və alternativ mağaza formatları ilə bağlı müxtəlif dizayn formaları hazırlamaq və tətbiq etmək;
  • Estetik gözləntilərə və ümumi tələblərinə cavab verən bir sıra müvafiq innovativ dizayn üsulları hazırlamaq;
  • Dizaynın məqsədini rəhbərliyə və auditoriyaya aydın şəkildə çatdırmaq üçün sxematik planlar, vizual dizayn paketləri, eskizlər, cədvəllər və s. hazırlamaq və təqdim etmək;
  • Müxtəlif tikinti materiallarını, tikinti üsullarını, dizaynda istifadə edilən qabaqcıl təcrübələri, daxili tərtibati, işıqlandırma və akustika haqqında məlumatları aydın şəkildə təhlil etmək, vizual təqdimat materialları ilə məlumatları rəhbərlik və həmkarları ilə paylaşmaq;
  • Nəzərdə tutulan dizayn konsepsiyasını uğurla tamamlamaq üçün gözlənilən keyfiyyət standartına uyğun dizayn sənədlərini hazırlamaq;
  • İstənilən vaxtda çoxsaylı layihələri icra etmək üçün tapşırıq və məsuliyyətləri prioritetləşdirmək.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu  hissəsində “İnteryer dizayner” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi