Kredit Yoxlanışı üzrə İşçi (Neftçala)

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 15.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Nağd pul vəsaitlərinin axını haqqında əsas mənbə sənədlərində qeyd olunan məlumatın MİS sisteminə daxil edildiyinə əmin olmaq və kredit müraciətlərininin həqiqiliyini və dəqiqliyini təmin etmək 
  • Şirkət daxili və kənar məlumatların yoxlanışını edərək kreditə müraciət edən müştərinin Kredit Bürosunda və ya digər maliyyə institutları qarşısında hər hansı bir gecikməsinin olmamasına əmin olmaq
  • İşlərin gündəlik olaraq müvafiq Ərazi üzrə Menecerə göndərilməsini təmin etmək 

Namizəddən gözləntilərimiz:

  • Ali təhsil, Mühasibatlıq/Maliyyə/İqtisadiyyat və ya oxşar sahlələrdə Bakalavr dərəcəsi olanlara üstünlük verilir
  • Mikromaliyyə və ya Kredit sahəsində ən azı 6 ay iş təcrübəsi
  • MS Office proqram bilikləri
  • Dil Bilikləri: Azərbaycan dili – səlis
  • Yüksək ünsiyyət qurma bacarıqları
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı
  • Əraziləri yaxşı tanımaq qabiliyyəti
  • Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması 

Seçimlərdə növbəti addımlar:

Müraciətinizi [email protected] elektron ünvanına CV-nizi əlavə etməkləSubject/Mövzu hissəsində Kredit Yoxlanışı üzrə İşçi (Neftçala Filialı) qeyd etməklə 03 Aprel 2022-ci il tarixindən (günün sonu) gec olmamaq şərtilə göndərə bilərsiniz. 

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

İşəgötürənin reytinqi