Ofis Menecer

İşin təsviri

Universal Makina MMC tikinti materialları sektorunda 8 ildir fəaliyyət göstərir və xaricdə istehsal olunub Azərbaycana idxal olunan tikinti materialları,  həmçinin neft-qaz sənayesi üçün avadanlıqların satışı ilə məşğuldur.
2010-cu ilin may ayından bizim şirkət dünyanın bir neçə tanınmış şirkətlərinin rəsmi nümayəndəsi olaraq Azərbaycanda fəaliyyət göstərir.
Universal Makina şirkəti Ofis Menecer vakansiyasını elan edir

İş barədə məlumat
- Telefon zənglərinə cavab vermək və yönləndirmək
- Sifarişlərin istiqamətləndirilməsi
- Məktubların göndərilməsi və cavablandırılması
- Digər şirkətlərlə əlaqələrin qurulması
- Müştərilər arasında həftəlik sorğunun aparılması
- Həftəlik və aylıq hesabatları tərtib etmək
- Müdriyyət tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
- İş qrafiki: Həftədə 6 gün,

Namizədə tələblər
- Azərbaycan,İngilis və Rus dillərini mükəmməl bilmək,
- MS Office proqramlarını bilmək
- Təşkilatçılıq bacarığı
- Ünsiyyət qurmaq bacarığı
- Komandada işləmək qabiliyyəti
- Yalnız xanım namizədlər müraciət edə bilərlər

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində “ Ofis meneceri” qeyd etməklə  [email protected] -mail ünvanına göndərmələri xahiş olunur.CV-lərin son qəbul tarixi: 15.12.2012