İşin təsviri
Vəzifə Öhdəlikləri:
- İnvestisiya portfelinin və digər aktivlərin təhlil edilməsi yolu ilə kredit, bazar və likvidlik risklərinin aşkarlanması, ölçülməsi və nəzarətdə saxlanılması;
- Kredit, bazar və likvidlik riskləri üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
- Aktiv və öhdəliklərin valyuta, durasiya, konveksiti, faiz və s. bu kimi meyarlar əsasında uzlaşdırılması və immunizasiyası;
- İqtisadiyyatda mövcud və potensial dəyişikliklərin araşdırılması, stress-testlərin aparılması (Solvency II) və şirkətin maliyyə vəziyyətinə mümkün təsirinin təhlili;
- Kredit, bazar və likvidlik riskləri üzrə Risk İştahı Bəyənnaməsi və/və ya digər normativ sənədlər ilə müəyyən edilmiş limitlərə nəzarət edilməsi;
- IFRS 9 standartlarına uyğun olaraq makrokalibrasiyanın aparılması;
- Birbaşa rəhbərin risklərin idarəedilməsi ilə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Risk/Maliyyə (maliyyə analitikası) sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat üzrə bakalavr təhsili
- Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
- Üstünlüklər: Risklərin idarə edilməsi sahəsində iş təcrübəsinin olması, CFA I/FRM I sertifikatları, Python/R proqramlaşdırma dili
- Kompüter bilikləri: MS Office:əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə, planlaşdırma.
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
https://pasha-life.az/about?lang=az#career
Vakansiya üçün müraciət qaydası: Namizədlər keçidə daxil olmaqla “Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.