Dizayner

  • ARIS
  • Elanın qoyulma tarixi: 09.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəddən tələb olunan bilik və bacarıqlar:

  • Saytların, veb və mobil tətbiqlərin dizaynının yaradılması üzrə 3+ il iş təcrübəsi;
  • İnterfeyslərin yaradılması üzrə təcrübə;
  • Mürəkkəb prototiplərin yaradılması üzrə təcrübə;
  • İngilis dilində sərbəst yazmaq və danışmaq;
  • Zövq və stilə malik olmaq, dizaynda müasir trendlər üzrə biliklərin olması;
  • Figma, Sketch, Adobe seriyalı proqramları yüksək səviyyədə bilmək;
  • Verilən tapşırıqlara analitik yanaşma, xırda detallara diqqət etmək, prioritetləri müəyyən etmək;
  • Digər dizayner və proqramçılarla komandada işləmək bacarığı;
  • İşlərin icra müddətini düzgün planlaşdırmaq və işləri məsuliyyətlə və keyfiyyətlə icra etmək.

Yuxarıda qeyd edilən bilik və bacarığa əlavə olaraq aşağıdakı biliklərin olması üstünlük sayılır:

  • Müasir brauzer texnologiyaları, onların imkan və limitləri barədə baza biliklərinin olması;
  • Native Mobile Applicaition`ların dizaynı üzrə təcrübəyə malik olmaq.

Vəzifə üzrə başlıca öhdəliklər və məsuliyyətlər:

  • Saytların, veb və mobil tətbiqlərin dizaynının yaradılması;
  • İnterfeyslərin layihələndirilməsi;

ARIS əməkdaşa nə təklif edir:

  • Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinin bağlanması, məzuniyyət hüququ;
  • Yüksək, şəffaf və illik indeksləşdirilən əmək haqqı;
  • Agile/Scrum kimi çevik metodologiyaların tətbiq edildiyi iş şəraiti;
  • Dress-code və proseslərə demokratik yanaşma;
  • Özünü reallaşdırmaq, peşəkar inkişaf və karyerada yüksəlmək imkanı;
  • Asudə vaxtlarda maraqlı teambuilding tədbirləri, korporativ tədbirlər və əyləncələr, kollektivlə təbiət qoynunda istirahət.

Əmək haqqı: 1000-1300 AZN (Müsahibə zamanı namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən olunacaq).

Namizədlərdən öz CV-lərini “Dizayner” başlığı altında [email protected]  elektron poçt ünvanına göndərmələri xahiş olunur.

ARIS tərəfindən digər vakansiyalar