Sales manager

  • ARIS
  • Elanın qoyulma tarixi: 27.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumatlar:

  • Proqram təminatı həlləri (ESD, Veb app, Mobil app və s.) üzrə potansiyal iş imkanlarının araşdırılması və müəyyənləşdirilməsi
  • Proqram təminatı həlləri üzrə satış hədəf planı hazırlamaq və bu planı yerinə yetirmək
  • Proqram təminatı həlləri üzrə layihə inkişaf etdirilməsi, müştərilər və ya tərəfdaşlarla görüşmək
  • Proqram təminatı və İKT avadanlıqları üzrə layihə təkliflərini və digər bütün sənədlərinin hazırlanması, satış prosesinin həyata keçirilməsi, tender sənədlərinin hazırlanması və iştirak etmək
  • Layihənin satışdan əvvəl və ya sonrası müddət ərzində layihənin və müştəri əlaqələrinin idarə olunması
  • Müştərilərlə şirkət və məhsul təqdimatının hazırlanması və keçirilməsi
  • İKT avadanlıqları üzrə istehsalçı şirkətlər və partnerlərlə əlaqələrin idarə olunması
  • Satış ilə əlaqədar hesabatların hazırlanması, vəziyyətin qiymətləndirlməsi
  • Konfranslarda və seminarlarda iştirak etmək və market trendi haqqında məlumat vermək
  • İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək, istirahət günləri: şənbə, bazar

Namizəddən tələb olunan bilik və bacarıqlar:

  • Minimum 5 il İKT məhsullarının satışı sahəsində işləmiş olmaq
  • 30-50 yaş arasında olmaq
  • Marketinq, İqtisadiyyat, Business management və ya oxşar sahədə ali təhsilin olması
  • Azərbaycanda müştəri portfeyi, satış və marketinq bacarıqlarının olması, nəticə yönümlü olmaq
  • MS Word, MS Excel, MS Outlook proqram təminatlarını əla bilməsi
  • Azərbaycan və rus dillərini əla, ingiliscə yaxşı bilmək
  • Komandada işləyə bilmək və yazılı və şifahi ünsüyyət qurma bacarığının olması
  • Təşəbbüskar, özünü motivasiya və yaradıcı düşünə bilmək

Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən olunacaq.

Namizədlərdən öz CV-lərini “Sales manager” başlığı altında elektron poçt ünvanına göndərmələri xahiş olunur.

ARIS tərəfindən digər vakansiyalar