Tender üzrə mütəxəssis

  • ArchiCO
  • Elanın qoyulma tarixi: 09.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə hesabatın hazırlanması;
  • Tender zamanı şirkəti təmsil etmək;
  • Xarici şirkətlər və müştərilər ilə yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
  • Tender təkliflərinin toplanması prosesinin idarə olunmasını təmin etmək;
  • Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
  • Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq. 

Vəzifə ilə bağlı tələblər:

  • Ali təhsil;
  • Rus və ingilis dillərində orta səviyyədə şifahi və yazılı ünsiyyət qurmaq bacarığı; 
  • MS Office (MS Word, MS Excel) üzrə biliyin olması; 
  • Müvafiq sahədə azı 3 ( üç ) ildən az olmayan iş təcrübəsi;

Əlavə məlumat:

  • Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər.

CV-lərinizi "tender üzrə mütəxəssis " başlığı ilə  [email protected]   göndərməyiniz xahiş olunur. 

İşəgötürənin reytinqi