Laborant

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İlkin emaldan hazır məhsula qədər növbə müddətində yarımfabrikantların keyfiyyətinə nəzarət etmək;
  • Növbə müddətində anbara daxil olan pambıq mahlıcından nümunə götürmək;
  • Götürülən nümunəni laboratoriyaya gətirərək HVİ 1000 və AFİS PRO 2 aparatında yoxlamaq;
  • İş prossesi zamanı istehsal olunan ipliklərin düzgünsüzlüyünü və müqavimətini yoxlamaq üçün testlər aparmaq.
  • Gündəlik olaraq aparılan testlərin xammal,istehsalat və hazır məhsul daxil olmaqla keyfiyyət göstəricilərinin tərtib edilməsi;
  • İş vaxtı aidiyyatı iş yerində olmaq,verilən tapşırığın düzgün və təhlükəsiz yerinə yetirmək;
  • İstehsalat prossesinin fasiləsiz və qəzasız aparılmasına diqqət etmək;
  • Bütün işləri keyfiyyət sistemi prosedurlarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
  • Fəaliyyəti ilə bağlı mütamadi olaraq hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim etmək;

Tələblər:

  • Ali təhsil 
  • Müvafiq sahə üzrə ən az 1 illik təcrübə
  • Avadanlıqları  tənzimləmə qaydalarını, keyfiyyət və təmizlik parametrlərini bilmək
  • Əməyin mühafizəsi. təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydaları ilə tanış olmaq

Səriştələr:

  • Məsuliyyətli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında təyin olunur
  • İş qrafiki: Növbəli iş rejimi
  • İş yeri: Baki şəhəri, MKT İK MMC – Tekstil idarəsi
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/job/laborant+1?sources=jobsearch.az.