POS Marketinq üzrə Aparıcı Mütəxəssis

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 28.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil ;
  • Müvafiq sahədə 2 ildən yuxarı  iş təcrübəsi;
  • MS Office proqramları (Word, Excel, əsas PowerPoint, Outlook;
  • Müştəriyönümlülük, kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik.

Vəzifə öhdəlikləri:

  • Market daxili POS materiallar və qiymət kommunikasiyalarının standartlara uyğunluğunun yoxlanılması;
  • Festival və layihələrin POS materiallarının marketlər üzrə bölgüsü, sifarişinin həyata keçirilməsi və yerləşdirilməsi prosesinin izlənilməsi;
  • Gündəlik olaraq mağazaların müəyyən edilmiş rut üzrə ziyarəti;
  • İş prosesi və nəticələrlə bağlı hesabat və təqdimatların hazırlanması.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “POS Marketinq üzrə  Aparıcı Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi