Satınalma üzrə mütəxəssis

  • A2Z Technologies
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 28.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması , təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Müvafiq şirkətlərlə danışıqların aparılması və logistika prosesinin izlənilməsi;
  • Satınalma ilə bağlı sənədləşmənin aparılması və qeydiyyatı;
  • Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
  • Satınalma siyasətinə uyğun olaraq satınalma fəaliyyətinin təmin edilməsi.

Tələblər:

Təhsil:

  • Təchizat, biznesin idarə edilməsi sahəsində bakalavr təhsili
  • CIPS sertifikatı üstünlükdür

Texniki səriştələr:

  • MS Excel, Power Point, Word yüksək səviyyədə
  • E-procurement və ya satınalma sahəsinə ERP biliyi
  • İT avadanlıqlar və xidmətlər haqqında məlumatlı olmaq
  • Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından imzalanma və icraata qədər)
  • Rus və İngilis dili yüksək səviyyədə

Təcrübə:

  • İT satınalma sahəsindəminimum 2 il iş təcrübəsi

Yumşaq bacarıqlar:

  • Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət
  • İnandırma və problem həlletmə bacarığı
  • Nəticəyönümlülük və punktuallılıq
  • Təşəbbüskarlılıq və tələbkarlılıq.

Əmək şəraiti:

  • İş rejimi: 5 günlük iş həftəsi
  • Əmək haqqı: 1500-2500

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə [email protected] CV formasını göndərin.

İşəgötürənin reytinqi