İşin təsviri
Vəzifə və öhdəliklər:
- E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi və E-portal proqramı ilə işləmək bacarığının olması;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
- Vergi hesabatlarının (Əmlak, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
- DSMF, statistika və məşğulluq idarəsinə hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Bank ödəniş tapşırıqlarının hazırlanması;
- Debitor və kreditor müştərilərlə üzləşmələrin aparılması, borcların təhlili, ödənişlərə nəzarət olunması;
Namizədə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Aidiyyatı sahədə 2 ildən artıq iş təcrübəsi;
- MS Office və ERP proqramlarından istifadə etmək bacarığı;
- Punktual, diqqətcil və məsuliyyətli olmalı.
İş şərtləri:
- İş qrafiki: Həftənin 6 günü
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər.