Korporativ kommunikasiya şöbəsinin baş mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 24.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:  

  • Şirkətin xarici və daxili kommunikasiya fəaliyyətlərində iştirak edərək kontenti yaratmaq və koordinasiya etmək.
  • Şirkətin kommunikasiya planını və strategiyasını hazırlamaq.
  • Şirkətin xarici kommunikasiya kanalları vasitəsi ilə yayılacaq kontenti idarə etmək.
  • Daxil olan kontentlərin emalını və analizini aparmaq.
  • Yaradıcı mətnləri yaratmaq və yeni təkliflər vermək.
  • Şirkətin adından daxili və xarici tədbirlərin və layihələrin müvafiq işlərini apararaq təşkil etmək.
  • Korporativ sosial məsuliyyət fəaliyyətlərini təşkil etmək.
  • Video və foto materialları hazırlamaq.
  • Media ilə əlaqələri qurmaq və koordinasiya etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Korporativ Kommunikasiya və ya media sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: əla.        
  • Üstünlüklər: Natiqlik bacarıqları, Veb resursların idarə olunması, Kopiraytinq, Maliyyə bilikləri, Qrafik dizayn proqramları üzrə bilik və bacarıqlar.
  • Kompüter bilikləri: MS Word: əla, MS PowerPoint: əla, MS Outlook: əla, MS Office: orta.
  • Fərdi keyfiyyət tələbləri:  Nəticəyə əsaslanma, Komanda işi və Əməkdaşlıq, Biznes tərəfdaşlığı, Inam Yaratma, Geniş Perspektiv, Dinamikanı Anlamaq.
  • İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Vakansiya üçün müraciət qaydası: Namizədlər keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

https://pasha-life.az/about?lang=az#career

İşəgötürənin reytinqi