İnşaat mühəndisi

İşin təsviri

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
  • Layihə-smeta sənədlərinin, iş həcmlərini və spesifikasiyalarını analiz etmək;                     
  • Smetalarda olan uyğunsuzluqları müəyyən etmək və düzgün iş həcmlərini hesablayaraq  tərtib etmək;
  • İşin yerinə yetirilməsində riskləri qiymətləndirmək və təhlükəsiz iş metodunu hazırlamaq;
  • İşlərin İcra Aktlarını hazırlamaq;
  • Maddi məsul şəxs olaraq material, avadanlıq, inventar, maşın-mexanizmin qənaətli sərfiyyatını və anbar işini təşkil etmək;
  • Tikinti quraşdırma işlərini ölkədə qəbul edilən normalara və beynəlxalq normalara uyğun aparmaq;
  • Layihələndirmə üçün ilkin məlumatların yığılması və çertyojlarla işlənməsini təmin etmək;
  • Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərini düzgün təşkil etmək;
  • Tikintidə istifadə olunacaq tikinti materiallarını müəyyən etmək və zəruri tikinti materiallarını sifariş etmək;
  • Tabeliyində olan əməkdaşların işlərini təşkil etmək və onlara nəzarəti həyata keçirmək;
  • Texnoloji intizama riayət etmək, tikinti norma və qaydalarını yerinə yetirmək;
  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılmasına nəzarət etmək;
  • Görülən işlərin keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət etmək.

Tələblər: 

  • Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi);
  • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
  • Müvafiq sahədə ən azı 3 ildən az olmamaq şərtilə iş təcrübəsi,
  • Yüksək kompüter bacarıqları (Microsoft Office, AutoCAD); 
  • Azərbaycan və rus dillərini yazılı və şifahi şəkildə əla səviyyədə bilmək (inglis dili arzuolunandır);
  • Regionlara ezamiyyətə getmək imkanı olmalıdır.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən mövzu yerinə vəzifənin adını “İnşaat mühəndisi” göstərin.

Email:  [email protected]