Marketinq və pərakəndə satış üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 21.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq layihələrinin strateji istiqamətinin təyin edilməsində iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq şirkətin satışa çıxardığı pərakəndə məhsullar üzrə alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanmasında iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasında iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində yerli bazarda pərakəndə satış sahəsində işlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı işləri həyata keçirilməsində iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq şirkətin satış mağazaları ilə işin əlaqələndirilməsi, mağazaların fəaliyyəti haqqında hesabatların sektor müdirinə təqdim edilməsi;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq mövcud məhsul qalıqlarına nəzarət edilməsi;
  • Məhsul çeşidlərinin artırılması ilə bağlı araşdırmaların həyata keçirilməsi və təkliflərin təqdim edilməsi;
  • Şirkətin sosial informasiya siyasətinin formalaşdırılması üçün aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək;
  • Marketinq planlarının tərtib edilməsində iştirak etmək;
  • Marketinq və PR layihələrində iştirak etmək;
  • Satış və mübadilə mərkəzi üçün istehsal edilən qablaşdırma və digər materialların sayına və keyfiyyətinə nəzarət edilməsi;
  • Sosial media platformaları üçün məzmunların hazırlanmasında iştirak.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, yaradıcılıq qabiliyyəti, şəxsi və peşəkar inkişaf, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
  • PR sahəsində müvafiq sertifikatlara malik olması və rəqəmsal marketinq sahəsində biliklərin olması arzuolunandır.
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır. Microsoft Office proqramlarını bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (müvafiq sahə üzrə); 
  • Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Marketinq üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.