İşin təsviri
Əsas tələblər:
- Ali təhsilli olmalı ( marketinq, biznes, sosiologiya və media ixtisası üzrə);
- Pərakəndə və FMCG sektorunda minimum 5 il və marketinq sahəsi üzrə brend idarəetmə, tv, radio media əlaqəsi, rəqəmsal marketinq (Sosial media, YouTube, Google) təcrübələrinə sahib olmalı;
- İngilis dilini yüksək səviyyədə bilməli;
- Extrovert, enerjili, həll yönümlü, güclü ünsiyyət bacarıqları, çevik və yaradıcı xüsusiyyətlərinə sahib olmalı;
- MS office proqramlarını yüksək səviyyədə bilməlidir.
Vəzifə təlimatı:
- Marketinq planında yer alan ənənəvi (tv, radio, kataloq əlaqəsi) və rəqəmsal marketinq (Sosial media, Youtube, Google) layihələrinin həyata keçirilməsi;
- Marketinq məhsullarının kataloqlarının hazırlanması və mağazalara göndərilməsi;
- Şəkil və məhsul kampaniyalarının hazırladılması və media əlaqələrinin həyata keçirilməsi;
- Yeni mağaza açılışları üçün lazımi marka araşdırmalarının aparılması;
- Məhsul, marka strategiyalarına uyğun olaraq PR işlərini yerinə yetirmək və reklam agentliyi ilə zəruri işləri əlaqələndirmək;
- İstehlak bazarı araşdırmalarının izlənilməsi;
- Marketinq tədqiqatları ilə bağlı hesabatların hazırlanması, büdcələrin izlənməsi və arxivlənməsi.
Əlavə məlumat:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Al Marketler - Marketinq üzrə aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş olunur.