İnformasiya Texnologiyaları üzrə İnteqrasiya və inkişaf şöbəsinin rəhbəri

  • Enginet
  • Elanın qoyulma tarixi: 17.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • İnformasiya texnologiyaları bazarında internet üzərindən təqdim olunan məhsul və xidmətlər haqqında tam məlumatlı olmaq;
  • Yeni texnologiyaların tətbiqi və inkişafı;
  • Müştərilərin məmnuniyyətinin artırılması məqsədilə texniki cəhətdən yeni, effektiv (optimal) və etibarlı həll yolları təklif etmək;
  • Korporativ potensial müştərilər ilə görüşərək yeni biznes layihələri əldə etmək;
  • Yeni İT xidmətlərin şirkətin mövcud sisteminə inteqrasiyasını təmin etmək (inteqrasiya xidmətləri)
  • Korporativ qoşulmaların  koordinasiyasını həyata keçirmək;
  • Yeni İT məhsulların tətbiqi və inkişafı, eləcə də, mövcud məhsulların təkmilləşdirilməsi;
  • İnteqrasiya və gələcək inkişaf istiqamətini müəyyənləşdirmək; 
  • Biznesin inkişafı üçün məqsədlərin hazırlanması və onların yerinə yetirilməsini təmin etmək;
  • Tabeçiliyində olan İşçi heyətinin təlimlərlə təmin edilməsi və onların bacarıqlarının daim inkişaf etdirilməsi.

Namizədə verilən tələblər:

  • Ali təhsil;
  • Müvafiq vəzifədə minimum 2 illik iş təcrübəsi;
  • Azərbaycan dili və rus dili yüksək səviyyədə (şifahi və yazılı), ingilis dili orta səviyyədə;
  • MS Windows Server, Active Directory, Domain Hosting, VMware
  • Ünsiyyət qura bilmə bacarığı;
  • Təqdimetmə bacarığı;
  • Heyətin idarəedilməsi;
  • CCNA sertifikatının olması üstünlükdür;

İş qrafiki: 5 günlük, I-V günlər, saat 09:00-18:00.

Əmək haqqı müsahibə zamanı razılaşma əsasında müəyyən ediləcək.

Müraciət qaydası:

CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “İnteqrasiya və inkişaf şöbəsinin rəhbəri” yazmaqla [email protected] göndərə bilərsiniz.

İşəgötürənin reytinqi