Məlumat mərkəsi üzrə Mütəxəssis (Reception)

İşin təsviri

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Azərbaycan dilində dəqiq və səlis danışıq qabliyyəti olmalı;
  • Xoş görünüşlü, gülərüz və ünsiyyətcil olmalı;
  • İşində məsuliyyətli və dəqiq olmalı;
  • Komandada işləmə bacarığı olmalı;
  • Rus və İnglis dillərini yaxşı səviyyədə bilməli;
  • MS Office proqramlarında işləmə bacarığı olmalı; 
  • Kargüzarlıq (sənədləşmə) qaydalarını bilməli.

Hansı işləri görəcəksiniz:

  • Məlumat Mərkəzinə daxil olan zəngləri qəbul etmək, qeydiyyatını aparmaq və cavablandırmaq;
  • Telefon zənglərinin uyğun struktur bölmələrə yönələndirilməsi;
  • Şirkətə gələn qonaqların qarşılanması və uyğun struktur bölmələrə yönələndirilməsi;
  • Mütəmadi olaraq şirkətin elektron ünvanına daxil olan məktubları izləmək, prioritetə görə qeydlərini aparmaq və aidiyyəti ünvanlara yönəldirmək;
  • Şirkətlərimizə gələn məktubların və zərflərin qəbul edilməsi, qeydiyyatının aparılması və müvafiq struktur bölmələrə yönələndirilməsi.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı. 

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Məlumat mərkəsi üzrə Mütəxəssis (Reception) yazaraq 01.03.2022 il tarixinədək göndərilməsi xahiş olunur.