İbtidai sinif üzrə köməkçi müəllim

İşin təsviri

Tələblər:

  • İbtidai sinif müəllimliyi və ya əlaqəli pedaqoji ixtisas üzrə Bakalavr dərəcəsi
  • İngilis dili bacarığı (C1)
  • İKT bacarıqları (MS Office, email, internetdə araşdırma, ağıllı lövhədən istifadə və s.)

Öhdəliklər:

  • Beynəlxalq Kembric kurikulumu üzrə şagirdlərin təlim-tədris və tərbiyəsi ilə məşğul olmaq
  • Şagirdlərin fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq
  • Sinif rəhbərinə dərs və dərsdən kənar fəaliyyətlərdə sinfin idarə olunmasında yaxından kömək etmək
  • Şagirdlərin sosial, emosional, fərdi və intellektual inkişafına təkan vermək
  • Sinif rəhbərini və ya fənn müəllimini ehtiyac yaranarsa əvəz etmək
  • Məktəbin təlim-tədris və tərbiyə işinin təşkilində və sosial fəaliyyətlərinə öz töhfələrini vermək

Namizəddə axtarılan xüsusiyyətlər:

  • İxtisas üzrə ən azı 1 il iş təcrübəsi
  • Pozitiv və effektli ünisyyət bacarıqları
  • IELTS 7.0 (və ya ona ekvivalent TOEFL, CAE, Pearson balı)
  • 6-10 yaşlı uşaqlarla işləmə bacarığı və həvəsi
  • Beynəlxalq Kembric Kurikulumu (Cambridge International Primary Curriculum) və Milli Kurikulum üzrə məlumatlılıq
  • İbtidai pillə üzrə müasir pedaqogika və metodologiyaları izləmək
  • Özünü daim inkişaf etdirmə və öyrənmə həvəsi

Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:

  • 500+ Universitet qəbul balı
  • Bakalavr ixtisası üzrə yüksək qiymətlər
  • Yüksək ingilis dili bacarığı
  • Sahə üzrə təcrübəsi

Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər.

https://www.21esr.com/career/jobaz/vacancy/20-ibtidai-sinif-uzra-komakci-muallim