Planlama Mühəndisi

  • SMTS
  • Elanın qoyulma tarixi: 09.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan iş Bacarığı:

  • Layihələrin planlaşdırılması (layihələrin ana və detallı iş qrafiklərinin hazırlanması);
  • Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
  • Layihənin material, maşın-mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək;
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Baş Layihə menecerinə ötürülməsi;
  • Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6proqramına daxil edilməsi və yenilənməsi;
  • Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək; 
  • Müddət və kənaraçıxmaların analizini edir;
  • Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirməsi;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlamaq;
  • Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət.

Tələb olunan təhsil və biliklər:

  • Ali təhsil (İnşaat mühəndisliyi);
  •  Planlama Mühəndisi olaraq inşaat sahəsində İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
  • Azərbaycan dili əla səviyyədə, ingilis dili orta səviyyədə bilməli;
  • MS Office, Primavera P6, MS Project 2010;
  • Problem həll etmə, analitik düşünmə qabiliyyəti;
  • İşgüzar ünsiyyət bacarığı;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-45
  • Əmək haqqı 1500-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  •  İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat)
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində  [email protected]   elektron ünvanına mövzu yerinə “Planlama Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar