İnşaat mühəndisi (Sahə mühəndisi)

İşin təsviri

Tələblər:

  • İnşaat mühəndisi diplomu (sənaye və mülki tikinti üzrə)
  • (AvtoCad, Archi Cad,) proqramlarında professional işləmə bacarığ
  • Rus dili arzu olunandır
  • Yaş həddi: 30-45
  • Əmək stajı: ən azı 5 il ( inşaat mühəndisi kimi)

Öhdəliklər:

  • İnşaat Şöbəsinin prosedur və qaydalarına əsasən sahənin işlərinin aparılmasına dəstək verir;
  • Sahə rəisinin tapşırıqlarını yerinə yetirir;
  • Tabeçiliyində olan işçilərin düzgün iş bölgüsünü aparır;
  • Təmir olunan və ya yeni inşa edilən bina və qurğularda konstruksiyaların möhkəmliyini, davamlılığını və etibarlılığını şəxsən yoxlayaraq qərar qəbul etmək üçün sahə rəisinə məlumat verir;
  • Tam və qismən yekunlaşmış işlərin keyfiyyət nəzarətçisinə təhvilində iştirak edir və müvafiq aktları imzalayır;
  • Texniki nəzarətçilər tərəfindən tərtib edilən Forma 2-ləri imzalayır (imzalmadıqda və ya başqa fikir olduqda yazılı surətdə izahat verir);
  • Materialların qənaətlə istifadə edilməsinə nəzarət edir;
  • Gördüyü işlərlə bağlı sahəsinin rəisinin suallarını dəqiq cavablandırır və ona hesabat verir;
  • Tələb olunan avadanlıqları, toplanmalı olan nümunələri və sınaq test metodlarını müəyyən etmək məqsədi ilə texniki tapşırığı nəzərdən keçirir;
  • Avadanlıq və materiallardan istehsalçının texniki şərtlərinə uyğun olaraq istifadə edilməsinə nəzarət edir;
  • Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət edir;
  • Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir;
  • Birbaşa rəhbərinin nəzarəti altında problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
  • Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır.
  • Layihənin icrası zamanı ətraf mühitin qorunması, əməyin mühafizəsi qaydalarına   riayət olunmasına nəzarət edir;
  • Layihə üzrə görülən işlərin keyfiyyətinə nəzarət edir;
  • Düzgün formada təşkil olunmuş icra cizgilər  və  başqa sənədlərin sifarişçiyə  təqdim  edilməsi.
  • Tikinti prosesində meydana çıxan məsələlərin vaxtında həll olunmasında iştirak edir.
  • Planda göstərilən müddətdə obyektlərin istismara verilməsinin təminində iştirak edir.
  • Layihələndirmə üçün layihə təşkilatlarından alınan ilkin göstərişlərin dolğunluğunu və keyfiyyətini təmin etməklə, layihə-smeta sənədlərinin işlənməsi üçün ilkin göstəriciləri verir.
  • Müvafiq layihə-axtarış, konstruktor və lazım olan hallarda elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müqavilələr bağlayır.
  • Layihə təşkilatları ilə razılaşdırılmış layihə-smeta sənədlərinin işlənməsi və təhvil verilməsi qrafikinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir, Layihə-smeta sənədlərinin razılaşdırılmasında və təsdiqində, həmçinin ekspertizanın və podratçı təşkilatların iradlarının əsasında, dəyişikliklərin ona əlavə edilməsinin, qəbul olunmuş qaydada təşkilində iştirak edir.
  • Əsaslı tikinti üzrə podrat müqavilənin, qəbul edilmiş müddətdə, tərtib olunmasında layihə təşkilatlarının iştirakı ilə podratçı təşkilatla mövcud normativ sənədlərə müvafiq tikinti obyektləri üçün müqavilə qiymətlərinin müəyyən edilməsini və razılaşdırılmasını həyata keçirir.
  • Avadanlıqlara və materiallara, qəbul edilmiş qaydada, sifarişlərin vaxtında təqdim olunmasını, alınmasını və buraxılış komplekslərində, obyektlərdə onların bölünməsini material və avadanlıqların hazırlanmasına və tədarükünə müqavilələrin bağlanmasını və onların realizasiyasına nəzarəti həyata keçirir.
  • Tikinti üçün torpaq sahələrinin məsələlərinə dair qəbul edilmiş qaydada vəsadət qaldırır, lazım olduqda isə onların mövcud tikililərdən azad olunması haqqında konkret tədbirlər hazırlayır.
  • Başa çatmış obyektlərin lazımi sənədlərinin hazırlanıb, komissiyaya təqdim olunmasında iştirak edir, həmçinin komissiyanın işində iştirak edir, Komissiyanın işinin başa çatmasından sonra obyektin istismarçı təşkilata təhvil verlməsinə başçılıq edir.

 

Əmək haqqı: müsahibə əsasında (razılaşma yolu ilə).

İş rejimi: 6 günlük (bazar günü istirahət günüdür).

Xahiş olunur şəkilli CV-lər [email protected] e-mail ünvanına göndərin və mövzuda vakansiyanın adını “İnşaat mühəndisi (Sahə mühəndisi)” qeyd edin.