Rəqəmsal marketinq mütəxəssisi

  • Bestcomp Group
  • Elanın qoyulma tarixi: 27.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Brendin və servislərin kommunikasiya strategiyalarına uyğun olaraq rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsini idarə etmək;
  • Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
  • A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentləri və kanalların effektivliyini təhlil etmək;
  • Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi və hər bir yerləşdirmə kanalları (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək; 
  • Google, Facebook və İnstaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsi və izlənilməsi
  • Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;
  • Məhsul və xidmətlərin istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək.
  • Ən yeni və köklü SEO təcrübələrini analiz və tətbiq etmək; 
  • İş qrafiki: 1-5 günlər 09:00-dan 18:00-dək
  • Əmək haqqı razılaşma yolu ilə

Namizədə tələblər:

  • İxtisaslaşmış sertifikatlar
  • 2 il təcrübə-dən başlıyaraq
  • Əlavə olaraq Rus və İngilis dili bilənlərə üstünlük verilir

Necə müraciət etməli:

Xahiş olunur rezümenizi məktubun “Rəqəmsal marketinq mütəxəssisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərəsiniz.

İşəgötürənin reytinqi