İşin təsviri
Vəzifə öhdəlikləri:
- əməyin təşkili və istehsalatın idarəetmə sistemlərinin təkmilləşdirilməsi
- müəssisənin işçilərinin maddi və mənəvi həvəsləndirilməsi üzrə işlərin yerinə yetirilməsi
- iş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin fond və metodlarından istifadə, ağır, fiziki əməyin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması və əməyin elmi təşkilinin bütün istiqamətlərindən istifadə edilməsi işlər
- əmək qanunvericiliyinə, əsasnamə, təlimat, muzey rəhbərliyinin əmrlərinə uyğun olaraq, işçilərin qəbulunu, köçürülmə və azad edilməsini rəsmiləşdirir
- muzey və onun şöbələrinin şəxsi tərkibinin uçotunu aparır
- işçilərin şəxsi işlərini sənədləşdirir və aparır, əmək kitabçalarını doldurur, qeydiyyatını aparır və saxlayır
- işçilərə məzuniyyət verilməsi qeydiyyatını aparır, onlara lazimi arayışlar verir, kadrlarla işin hesabatını aparır
- muzeyin kargüzarlıq xidmətini aparır, muzeyə daxil olan və göndərilən məktubları vaxtlı-vaxtında sənədləşdirir və öz təyinatına göndərir, sənədlərin yerinə yetirilmə müddəti üzərində nəzarəti həyata keçirir.
- arxivin sənəd materiallarraın uçotu, qeydiyyatı və saxlanması üzrə işi təşkil edir.
- iş nomenklaturasını tərtib edir, işlərin düzgün sənədləşdirilməsinə, arxivə təhvil vermək üçün materialların hazırlanmasına nəzarət edir.
- muzeyin kargüzarlıq sisteminin təkmilləşdirilməsi üçün təkliflərin tərtib və tətbiq edilməsini həyata keçirir.
- idarə sənədlərinin çapını və yayılmasını təmin edir.
- muzeyin müdiriyyəti tərəfindən çağırılan müşavirələrdə iştirak edir və texniki xidmətini təşkil edir.
- ezamiyyə sənədlərini hazırlayır, işçiləri qeydiyyatdan keçirir
Bilməlidir:
- əmək Qanunvericiliyi;
- əməyin təşkili üzrə beynəlxalq təcrübəni;
- normalaşdırmanın vəziyyətinin və normaların keyfiyyətinin təhlilini;
- istehsalın texnologiyasının əsaslarını;
- əmək psixologiyasının əsaslarını;
- iş vaxtı sərfinin ölçülməsi,
- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
- 1C proqramında sərbəst istifadə
- e-gov.az internet sistemində işləmək bacarığı
- əmr, müqavilələrin, əmək kitabçalarının, istehsalat cədvəlinin yazılması işçilərin qəbulu, köçürülməsi və azad edilməsi barədə qüvvədə olan qanunvericiliyi, şəxsi tərkibin uçotuna dair təlimatımuzey işçilərinin
- əmək kitabçalarının və şəxsi işlərinin qeydiyyatını və saxlanılması qaydalarını;
- işçilərin vahid vəzifə nomenklaturasını və ştat cədvəlinə əsasən, muzey işçilərinin ixtisas və vəzifə adlarının təyin edilməsi qaydasını;
- kargüzarlıq işi üzrə qüvvədə olan əsasnamə, təlimat və digər materialları;
- muzeyin strukturunu;
- kargüzarlıq xidmətinin təşkilini;
- əməyin təşkili texnikasını və idarəetmə işinin digər mexaniki vasitələrini;
- muzey üzrə avtomatlaşdırılmiş idarəetmə sisteminin əsaslarını
Tələblər:
- Ali təhsil
- İxtisası üzrə ən az 5 il iş stajı
- Kollektivlə işləmək bacarığı
- Azərbaycan dili səlist, rus və ingilis dillərini bilənlərə üstünlük verilir
- Ani hadisələrdə tez qərar vermə və hadisəni ələ alma bacarığı
Əmək şəraiti:
- həftə içi 9:00-18:00-dək
- istirahət günləri – şənbə, bazar
Əmək haqqı: 457 manat (gross)
CV-lər [email protected] mail ünvanina göndərilməli, mövzu bölməsində “Arxiv İMM” sözləri qeyd edilməlidir.