Kimya üzrə laborant

İşin təsviri

Namizədə tələblər:

  • Tələb olunan sahədə bakalavr və ya magistr dərəcəsi;
  • Azərbaycan dilində mükəmməl danışma və yazma bacarığı, rus dili arzuolunandır;
  • Tələb olunan sahədə ən az 1 il müddətində təcrübə;
  • Kimya otağı avadanlıqlarının və reaktivlərinin klassifikasiyasını, tətbiqini, xüsusiyyətlərini, kimya otaqlarındakı avadanlıqlara olan tələblərlə tanışlığı;
  • Kimya üzrə laboratoriya və praktiki işlərin, nümayiş etdiriləcək təcrübələrin aparılma ardıcıllığını bilməli;

Vəzifə öhdəlikləri:

  • Plan və proqramların yerinə yetirilməsini;
  • Kompleksin maddi-texniki bazasının inkişafını və möhkəmləndirilməsini;
  • Avadanlıq və inventarların saz saxlanmasını təmin edir.
  • Sanitariya-gigiyena tələblərinin gözlənilməsini, əmək mühafizə qaydalarına əməl edilməsini təmin edir.
  • Metod bölmə rəhbərinin tapşırıqlarını yerinə yetirir və müvafiq fənn müəllimlərinə köməklik göstərir.
  •  

Əmək haqqi: 500 AZN Net

Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (Kimya üzrə laborant) qeyd olunmaqla elektron ünvanına göndərilməlidir.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir.

Email: [email protected]

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən digər vakansiyalar