Bəyannamələr üzrə koordinator

İşin təsviri

Vəzifə öhdəlikləri:   

  • Elektron poçtla gömrük bəyannamələrinin vaxtında doldurulması və elektron imza ilə təsdiqlənməsi.
  • Xüsusi gömrük rüsumlarının, vergilərin hesablanması, idxal giriş bəyannaməsinin hazırlanması, yük gömrük bəyannaməsinin doldurulması üçün zəruri olan sənədlərin Logistika komandasından, maliyyə sənədlərinin Maliyyə komandasından alınması. 
  • Yüklərin HS koduna görə qruplaşdırılması, digər dövlət idarələrindən idxal üçün tələblərin yoxlanılması.
  • Bəyannamələrdəki xərclərin (əməliyyat haqqı, idxal, ƏDV, aksiz, elektron xidmət haqqları, və sair) diqqətlə yoxlanılması və dəqiq sistemə əlavə edilməsi.
  • Rəhbərlik tərəfindən təyin olunmuş digər vəzifələr.

Namizədə dail tələblər:

  • Ali təhsil (Maliyyə, Gömrük, Biznesin idarə olunması və ya Mühasibat sahəsində olması üstünlükdür).
  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi.
  • Riyazi analitik qabiliyyətə malik olmaq.
  • MS Office proqramlarında (xüsusi ilə MS Excell) sərbəst işləmək bacarığı.
  • Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olmaq.
  • Məsuliyyət götürmək, təşəbbüskarlıq, ixtisasını daimi təkmilləşdirmək.
  • Müştərilərlə ünsiyyət qurma və münasibətlərin idarə edilməsi bacarığı.
  • Xarici dil bilikləri (Rus, İngilis).
  • Vergi və Gömrük üzrə biliklər üstünlük hesab olunur.

Maraqlanan namizədlər [email protected] e-mail ünvanına “Bəyannamələr üzrə koordinator” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.