Hüquqşünas

  • BOA Agency
  • Elanın qoyulma tarixi: 11.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət daxili təlimat, qayda və prosedurların layihələrinin hazırlanmasında iştirak etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək; 
  • Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq; 
  • Qanunvericilik aktlarının və şirkət daxili normativ sənədlərinin uçotunu aparmaq; 
  • Mülki hüquqi əqdlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək və bunların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; 
  • Cəmiyyətin aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq;
  • Şirkətdə daxili hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını həyata keçirmək; 
  • Təsisçilərin Ümumi Yığıncağının, Rəhbərliyin iclas protokollarını və hüquqi ekspertizasının təşkil etmək; 
  • Əsasnamələrinin hazırlanmasını həyata keçirilməsinin təşkil etmək.

Vakant vəzifə üzrə tələblər:

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil; 
  • Müvafiq sahədə ən azı 1 il iş stajı; 
  • Microsoft Office proqramlarını bilmək; 
  • Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı; 
  • Azərbaycan və Rus dilini sərbəst bilmək. (İngilis dillərini bilmək arzuolunandır)

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri.
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Əmək haqqı – 500-800 azn
  • Əmək müqaviləsi.
  • İş qrafiki-tam
  • İstirahət günü-həftədə 2 gün (şənbə və bazar)
  • İş saatları I-V saat 09:00-dan 18:00-a qədər

Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır.

Əlaqə nömrəsi: (012) 431-44-02