Hüquqşünas

  • ModulX
  • Elanın qoyulma tarixi: 17.04.2024

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi sənədlərin layihələrini hazırlamaq
  • Şirkətin bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək
  • Məhkəmələrdə şirkəti təmsil etmək
  • Şöbənin icraatında olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək
  • Qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq, həmin layihələrə münasibət bildirmək
  • Hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərini yerinə yetirmək
  • Peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində görülən tədbirlərdə iştirak etmək
  • Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək
  • Qərar, əmr, sərəncam, müqavilə, məktub, digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Hüquq üzrə ali təhsil
  • AR Mülki, Mülki-prosessual, Əmək, Cinayət, İnzibati xəta, Vergi Məcəllələrin,Gömrük Qanunvericiliyi üzrə peşəkar bilikləri, AR inzibati və inzibati prosessual qanunvericiliyi, və normativ-hüquqi aktlarını bilməli
  • Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dilləri arzu olunandır)
  • Komanda ilə işləmək bacarığı ;
  • Microsoft Office (MS Word, MS Excell, MS Outlook) proqramlarını orta səviyyədə bilməli

İş şərtləri:

  • İş günləri: 5 günlük iş qrafiki
  • Nahar fasiləsi: 13:00 -14:00
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq

CV-lərin elektron poçt ünvanına mövzu yerində "Hüquqşünas" başlığı yazmaqla göndərilməsi xahiş olunur.

Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır