Event Manager

İşin təsviri

Tələblər:

  • Yaş həddi 25 – 45 yaş;
  • Komandada işləmək bacarığı;
  • Ən azı bir əcnəbi dil (İngilis və ya Rus) biliyi;
  • Vakansiya ilə bağlı  3-5 il iş təcrübəsi.

İş haqqında məlumat:

  • Tədbirlərin icrasını həyata keçirmək və daimi olaraq nəzarət etmək;
  • Layihə çərçivəsində iş bölgüsü edir, vəzifələri təyin edir;
  • Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin qarşısının alınması və ya həll edilməsini təmin edir;
  • Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edir və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
  • Layihənin lazımı keyfiyyətdə və vaxtında sonlandırılmasını təmin edir və bu məqsədlə ehtiyac olan metod və metodologiyanı müəyyənləşdirir və tətbiqini təmin edir;
  • Üzləşilə biləcək riskləri müəyyən edir, qarşısının alınması üçün tədbirlər planı hazırlayır və risklər ortaya çıxdıqda tətbiq edir
  • Layihə ilə bağlı işçi qruplarına rəhbərlik edir;
  • Maliyyə hesabatlarının vaxtında çatdırılmasını təmin edir;
  • Layihə haqqında məlumatları, müsbət və mənfi təcrübələri vaxtında çatdırılmasını təmin edir;

İş rejimi və qaydası:

  • Həftədə 2 gün istirahət olmaqla (VI-VII), 
  • 09:00-dan 18:00-dək beş günlük iş rejimi (I-V),
  • Əmək haqqı – 1 000 manat
  • Əmək münasibətləri AR Əmək Məcəlləsinə uyğun tənzimlənir.

Mob: +994 50 670 90 88