Daxili satınalma üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 10.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli 19A

İş təcrübəsi: 3-5 il 

Əmək haqqı: 800-1000 AZN (namizadə görə dəyişəcək)

İş qrafiki : 5 günlük (09:00 – 18:00)

Vəzifə öhdəlikləri:

  • Portfelində olan şirkətlərdən gələn tələbləri (PR) yoxlanılması
  • Yerli tədarükçulərin araşdırılması, əlaqələrin yaradılması;
  • Yerli bazar üzrə tenderlərin təşkili və optimal təkliflər paketinin əldə olunması;
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Tədarükçülərlə müqavilələrin bağlanmasına yardım;
  • Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
  • Materiallara olan daxili tələbatın öyrənilməsi, gündəlik olaraq fabrik mütəxəssisləri ilə alınacaq malların spesifikasıyasının dəqiqləşdirilməsi

 Namizədə tələblər:

  • Ali təhsil (maliyyə, logistika üzrə ixtisasa üstünlük verilir)
  • Kompüter bacarıqları: MS Office proqramları (Excel proqramını mükkəməl bilməli)
  • İş təcrübəsi əlaqəli sahədə 3 ildən 5 ilə qədər;
  • Azərbaycan dili - əla, İngilis və Rus dilləri – orta (üstünlükdür)

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını e-mail ünvanına 30.01.2022 ci il tarixinə qədər mövzu yerində “Daxili  satınalma üzrə mütəxəssis” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Email: [email protected]